EN

Telman İsmayılovun Bakıdakı şirkəti valyutaya görə cərimələnir

"AST-Texnologiyaları" şirkətinin Azərbaycandakı filialı barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub...

Poliqon-un Qaynarinfo-ya istinadən məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Ast-Texnologiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi Allahverdiyev Namaz Mürsəl oğludur. "AST-Texnologiyaları" şirkəti iş adamı Telman İsmaylova məxsus "AST Group"a daxildir.

Poliqon.info

Chosen
3
3
poliqon.info

4Sources