EN

"Tiktoker"ləri nə qədər həbs gözləyir?

Saxlanılan tiktokerlər böyük ehtimalla İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb ediliblər. Bu “xırda xuliqanlıq” hesab olunur. İctimai yerlərdə əxlaqsız hərəkətlər törətmək və ictimai qaydanı pozmaq ittihamı ilə də onlara qarşı tədbir görülə bilər.


news365.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev tiktokerlərin saxlanması ilə bağlı danışarkən deyib.


Onun sözlərinə görə, Cinayət Məcəlləsinin maddələri bu hallarda tətbiq olunmur və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cəzalandırıla bilərlər:


“Qanunvericiliyə görə, bu maddə əsasında maksimum 15 sutka inzibati həbs və ya 50 manatdan 100 manata qədər cərimə tətbiq edilə bilər”.


Qeyd edək ki, ötən gün Tiktok sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək, əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Chosen
11
3
news365.az

4Sources