EN

Rusiya və Tacikistan prezidentləri arasında görüş başlayıb

Rusiya və Tacikistan prezidentləri Vladimir Putinlə Emoməli Rəhmon arasında görüş başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, danışıqlar Leninqrad vilayətindəki İqora kurortunda baş tutub.

Liderlər siyasi, ticarət-iqtisadi, hərbi-texniki və mədəni-humanitar sahələrdə əməkdaşlığın əsas istiqamətlərinə toxunacaqlar.

Qeyd edilir ki, cari regional problemlərə, o cümlədən Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetiriləcək.

V.Putin görüşdən əvvəl bildirib ki, münasibətlərin bütün spektri üzrə ikitərəfli danışıqlar keçiriləcək.

İ.Rəhmon öz növbəsində deyib ki, Tacikistan ümumilikdə Rusiya ilə münasibətlərin inkişaf dinamikasından razıdır.

"Rusiya Tacikistanın əsas strateji tərəfdaşıdır", - o vurğulayıb.

Xatırladaq ki, Putin və Rəhmon bundan əvvəl noyabrda Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində görüşüb.

Chosen
15
7
musavat.com

9Sources