EN

Virtsdən vacib qərar

“Bayer-04” rəhbərliyi aparıcı futbolçulardan Florian Virts ilə müqaviləsini yeniləyib. Bu barədə “Kicker” məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi Leverkuzen klubu ilə müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulan sözləşmə imzalayıb. Əvvəlki müqavilə 2026-cı ilin yayınada qüvvədən düşəcəkdi. Florian yeni müqaviləyə əsasən klubun ən çox qazanan futbolçusu olacaq. Onun illik maaşının 10 milyon avrodan çox, lakin 20 milyondan xeyli az olacağı iddia edilir.

Qeyd edək ki, Florian cari mövsümdə “Bayer-04”ün heyətində 17 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. Xatırladaq ki, daha əvvəl “Real”, “Bavariya” və “Mançester Siti”nin Virtsi transfer etmək istədiyi barədə məlumatlar yayılmışdı.

1Sources