...Mazda yeni MX-5 Spirit Racing-in debütü ilə idman avtomobil bazarına böyük bir dönüş etməyə hazırlaşır.
SİA-nın məlumatına görə,avtomobil yanvarın 10-da Tokio avtosalonunda təqdim olunacaq.Anonsla yanaşı, Mazda gələcək sportkarın şəklini paylaşıb. Yeni MX-5-də fərqli bir ön splitter və daha böyük spoyler olacağını görə bilərsiniz.
Bundan əlavə, avtomobil Rays TE37 təkərləri alacaq. Avtomobilin Almaniyadakı Nürburqrinqdə sınaqdan keçirilməsi onu göstərir ki, dəyişikliklər təkcə dizayna deyil, həm də texnologiyaya təsir edəcək.
Asma və əyləc sisteminin təkmilləşdirilməsi, həmçinin 2,0-litrlik mühərrikin son modifikasiyası (184 at gücü və 205 Nm fırlanma anı) ilə müqayisədə gücün mümkün artımı gözlənilir.
Nazlı Almuradova