Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin ziyarətçiləri ikinci və üçüncü mərtəbələr arasındakı liftdə yaranan texniki nasazlıqlara görə təxliyə edilib.
Bu barədə “Le Figaro” məlumat yayıb.
Yanğın siqnalı qısaqapanma səbəbindən işə düşüb. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq təxliyə həyata keçirilib.