EN

Qan içində tapılan hamilə qadın: uşağı yaşadı, özü öldü


Türkiyənin Kırşehir bölgəsində baş çavuş M.A. hamilə həyat yoldaşı H.A.-nı otağında qan içində yerdə uzanmış halda tapıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, H.A. təcili yardım maşını ilə Kırşəhir Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Xəstəxanada əməliyyata alınan H.A.-nın körpəsi keysəriyyə yolu ilə xilas edilib, lakin gənc qadını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Məlum olub ki, baş çavuş M.A. İğdırda xidmət edir və illik məzuniyyətini keçirmək üçün Kırşehirə gəlib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Rəhman Mirzəlizadə, BakuPost

Chosen
15
bakupost.az

1Sources