EN

87 yaşlı iş adamı 75 yaşlı sevgilisi ilə evləndi

Türkiyənin tanınmış iş adamlarından 87 yaşlı İnan Kıraç, 75 yaşlı Emine Alangoya ilə ailə qurub.

Milli.Az xəbər verir ki, Alangoya, Kıraçın qurucusu olduğu fondun baş direktoru vəzifəsini icra edir.

Türkiyə iş dünyasının önəmli adlarından olan İnan Kıraç və Emine Alangoya, sadə bir nikah mərasimi ilə ailə həyatı qurub. Nikah mərasimi Böyükçəkməcə Nikah Dairəsində keçirilib. İnan Kıraç evlənmək üçün Yedditəpə Universiteti Tibb Fakültəsi Xəstəxanasından sağlamlıq haqqında arayış alıb.

Milli.Az 

Chosen
15
3
milli.az

4Sources