EN

Abdulkadir Uraloğlu: Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla intensiv müzakirələr aparır.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada keçirilən "Türkiyə əsri: Nəqliyyat dəhlizləri və tranzit daşıma" mövzusunda keçirilmiş konfransda danışıb. 

Nazir çıxışında qeyd edib ki, Türkiyə Orta dəhlizin funksionallığını artırmaq üçün müxtəlif mexanizmlərdən istifadə edir və bu istiqamətdə mühüm addımlar atır.

Abdulkadir Uraloğlu vurğulayıb ki, Zəngəzur dəhlizi bu təşəbbüslərdən biri kimi xüsusi əhəmiyyətə malikdir. 

1Sources