EN

Azərbaycanlı güləş hakimi karyerasını başa vurub

Bakı. Trend:

Azərbaycanlı güləş hakimi Hicran Şərifov karyerasını başavurub.

TrendAzərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbərverir ki, o, 25 illik hakimlik karyerasını bitirib.

Təcrübəli mütəxəssis son olaraq Azərbaycan çempionatında 55kq-da Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan finalgörüşünü idarə edib.

Referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq,fitini və qolçaqlarını xalça üzərinə qoyub və həmkarlarının guralqışı ilə karyerasını başa vurduğunu rəsmən elan edib.

Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş FederasiyasıH.Şərifova xatirə hədiyyəsi təqdim edib.

Chosen
13
az.trend.az

1Sources