EN

Ukrayna xəyanət, Rusiyaya casusluq edən ADAM

Ukrayna vətəndaşı Oleq Kolesnikov vətənə xəyanətdə və Rusiyay casusluq etməkdə ittiham olunur. 

Modern.az-ın məlumatına görə, o, Ukrayna Təhlükəsizlik Xidmətin əməkdaşlarının müşayiəti ilə Reuters agentliyinə danışıb.

Oleqin atası Soyuq Müharibə illərində Kubada sovet kəşfiyyatının agenti olub, əmisi oğlunun isə Rusiya təhlükəsizlik xidmətində çalışdığı bildirilir.

Kolesnikov deyib ki, o, ruslara yaşadığı Zaporojye şəhərindəki hərbi obyektlər və qoşunların hərəkəti, raketlərin hara düşdüyü barədə məlumat verməyə razılaşıb.

O, “Rus dünyası” konsepsiyasını dəstəklədiyini bildirib: "Mən bunu pul üçün etməmişəm".

Lakin Kolesnikov təəssüflənir. O, raket zərbələrinin qeyri-dəqiqliyinin mülki əhalinin ölümünə səbəb olacağını, müharibənin uzun müddət davam edəcəyini düşünmədiyini deyib.

“Mən düşünürdüm ki, onlar (ruslar) sürətlə irəliləyəcəklər. Həmişə olduğu kimi oldu. Onlar bir şeyi planlaşdırırlar və lakin tamamilə başqa bir şey baş verir", - 52 yaşlı ukraynalı qeyd edib.

Kolesnikov onlarla hərbi obyektlərin koordinatlarını və digər məlumatları ruslara ötürməkdə təqsirli bilinib. Həmin yerlərdən neçəsinin zərbələrə məruz qaldığı barədə məlumat verilməyib.

Onun vəkili bildirib ki, o, hədəflərin müəyyən edilməsinə yox, əsasən zərbələrin nəticələrini yoxlamağa kömək edib.

Oleq agentliyinə deyib ki, 2022-ci ilin sentyabrında Zaporojyedəki "Sunrise" hotelində keçirilməsi nəzərdə tutulan yerli rəsmilərin görüşü barədə ruslara məlumat verib. Zərbələr nəticəsində bina dağılıb, hücum nəticəsində bir mülki sakinin həlak olmasına və daha beş nəfərin xəsarət almasına baxmayaraq, naməlum səbəblərdən görüş baş tutmayıb.

Ukrayna kəşfiyyatçılar daha sonra onun avtomobilini zərbələrin baş verdiyi ərazinin yaxınlığında müşahidə ediblər və daha sonra onu izləməyə başlayıblar. Oleqin avtomobilinə xüsusi dinləmə qurğusu yerləşdirilib. Kolesnikov 2023-cü il mayın 5-də evində həbs edilib.

Hökmdə deyilir ki, Zaporojye rayon məhkəməsində bağlı qapılar arxasında keçirilən prosesdə ifadə verən Kolesnikov Ukrayna hökumətinin əleyhinə olduğunu bildirib, Ukraynanın özünə qarşı deyil.

O, vətənə xəyanət ittihamı ilə özünü “qismən” təqsirli bilib və ondan məlumat tələb edən əmisi oğlunun həmin vaxt Rusiya kəşfiyyatının əməkdaşı olduğunu bilmədiyini deyib

Oleq Kolesnikov vətənə xəyanət maddəsi ilə ömürlük həbs cəzasına məhkum edilib.

Chosen
5
39
modern.az

10Sources