EN

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla müzakirələri davam etdirir - Abdulkadir Uraloğlu

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla müzakirələri davam etdirir.

Day.Az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu Ankarada "Türkiyə əsri"ndə nəqliyyat dəhlizləri və tranzit daşıma" mövzulu konfransda çıxışında deyib.

 

O bildirib ki, Türkiyə Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən Zəngəzur dəhlizinədək bir çox layihə ilə Orta Dəhlizin effektivliyini artırmağa çalışır.

"Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar davam etdirilir", - o bildirib.

Chosen
9
day.az

1Sources