EN

Qəzzada ölənlərin sayı artdı

Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 45 129 nəfərə çatıb, daha 107 338 nəfər yaralanıb” – məlumatda bildirilir.

Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 21 fələstinli ölüb, 51 nəfər yaralanıb.

Chosen
5
19
nocomment.az

10Sources