EN

Netanyahuya tələblərini məktubla çatdırdılar

İsrail əsgərlərinin ailələri ölkənin Baş naziri Binyamin Netanyahuya məktub ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Əsgər ailələri məktubda Qəzza zolağına hücumların dayandırılmasını və əsirlərin dəyişdirilməsini tələb ediblər.

Ailələr Netanyahunu siyasi karyerası və şəxsi maraqları üçün anklavda hücumları davam etdirməkdə günahlandırıblar.

“Biz iddia edirik ki, siz girovları və əsgərləri tərk etmisiniz və girovların azad edilməsi və müharibənin dayandırılması üçün razılığın əldə olunmasını tələb edirik”, - məktubda deyilir.

Chosen
12
qafqazinfo.az

1Sources