İsveçrəli snoubordçu Sofi Hediqer Alp dağlarında xizək sürərkən qar uçqununa düşüb. Nəticədə o ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrə Xizək Federasiyası məlumat yayıb.
Faciəvi hadisə ötən gün İsveçrənin Aroza şəhərində baş verib.
Qeyd edək ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubord kross növündə qızıl medal qazanıb.
Müəllif: Arzu