EN

Portuqaliyalı Juninyonun “Sevilya”ya mümkün keçidi haqda: “Avropanın istənilən liqasına uyğunlaşa bilər”

Portuqaliyanın “Çavez” klubunda Juninyonun baş məşqçisi olmuş  Vitor Kampelos sabiq futbolçusu ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Estadio Deportivo”ya açıqlama verən çalışdırıcı braziliyalı hücumçunun “Sevilya”ya faydalı ola biləcəyini bildirib:

“Juninyo son dərəcə sürətli və əla bitiricidir. Bu keyfiyyəti ilə Avropanın istənilən liqasına uyğunlaşa bilər.

Bəzən oyunçular, bu və ya digər səbəbdən sonradan daha üstün oyun nümayiş etdirirlər. Juninyonun 28 yaşı var və o, indi daha yetkindir. “Sevilya” azarkeşlərinə çoxlu sevinc bəxş edə bilər.

Juninyoda bütün məşqçilərin bəyəndiyi xüsusiyyətlər var. O, hücumun dərinliklərində çox güclü və sürətli olmaqla yanaşı, komanda oyununu da yaxşı bacarır”. 

Chosen
20
idmanxeber.az

1Sources