“Azərbaycan millisi yaxşı komandadır”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə İsveç millisinin kapitanı Petrit Zubi Avropa çempionatının əsas mərhələsində Bakıda Azərbaycan yığması ilə 3:3 hesablı etdikləri oyun barədə danışarkən deyib.
O, matçın son saniyələrində buraxdıqları qola görə məyus olduğunu bildirib:
“Qələbə qazanmağa yaxın idik. Təəssüf ki, buna nail ola bilmədik.
Rəqib oyunçular meydanda döyüşkən mübarizə apardılar. Qarşıdakı matçlara ciddi şəkildə köklənməliyik”.
Təcrübəli futzalçı Bakı şəhərini bəyəndiyini söyləyib:
“Paytaxtınız çox gözəl və sakitdir. Qonaqpərvərlikdən razı qaldıq. Azərbaycana təşəkkür edirəm”
Azərbaycan millisi növbəti görüşünü yanvarın 31-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.