EN

İordan çayı sahilində İsrail ordusu komandirlərinin zirehli avtomobil partladılıb

İordan çayının qərb sahilində baş verən insident zamanı İsrail ordusunun polkovniki Əyyub Kayuf yaralanıb.

"Far.Az"un məlumatına görə, bu barədə Ordunun Mətbuat xidməti xəbər verib.

Məlumata görə, hadisə Fələstinin Tulkarm şəhərində baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində zabitlərin getdiyi zirehli avtomobili zədələnib.

Partlayış zamanı avtomobildə diviziya komandiri, briqada generalı Yaki Dolf və regional “Menaşe” briqadasının komandiri polkovnik Kayuf olub.

"Menaşe” rgional briqadasının komandiri orta dərəcəli xəsarətlər alıb və müalicə olunmaq üçün təxliyə edilib. Onun ailəsi məlumatlandırılıb. Maşında olan digər sərnişinlər xəsarət almayıb", - ordudan bildirilib.

Chosen
34
3
far.az

4Sources