EN

Suriyadakı vəziyyət Türkiyə ilə EEZ razılaşmasını qeyri-qanuni edir

Suriyadakı keçid vəziyyəti Suriya və Türkiyə arasında onların müstəsna iqtisadi zonalarının (EEZ) delimitasiyası ilə bağlı mümkün razılaşmanı qeyri-legitim edir. Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən Yunanıstanın ERT-news telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Afina Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlunun Türkiyə-Suriya EEZ ilə bağlı mümkün razılaşma bəyanatına sərt və aydın cavab verib. “Biz Suriyadakı keçid dövründən danışırıq ki, bu da heç bir razılaşmanı qanuni etmir."

Uraloğlunun daha əvvəl dediyi kimi, Türkiyə Ankaranın Şərqi Aralıq dənizindəki maraqlarını qorumaq üçün gələcəkdə Suriya ilə dəniz sərhədinin demarkasiyası sazişi imzalamağı planlaşdırır.

Oxuməni.az

Chosen
32
oxumeni.az

1Sources