EN

Beynəlxalq Bankın 100 milyon manatlıq istiqrazlarına 9 investordan sifariş - NƏTİCƏLƏR

Dekabrın 24-də Bakı Fond Birjasında "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Bakı Fond Birjasından FED,az-a verilən məlumata görə, hərracda ABB Bankın ümumi həcmi 100 milyon manat olan istiqrazları yerləşdirilib. 

İstiqrazlar kütləvi və rəqabətli şərtlərlə yerləşdirilib, hər bir istiqrazın nominal qiyməti 100 manat təşkil edib. 

Qeyd edək ki, ABB Bankın istiqrazları iki illiyə, 24 aylıq müddətə buraxılıb və yüksək - illik 11% gəlirliliyə malikdir. İstiqrazlar üzrə faizlər hər 3 aydan bir ödəniləcək. 
İstiqrazların alınması üçün 9 investordann 9 sifariş daxil olub və bütün sifarişlər uğurla icrə edilib, istiqrazlar tam həcmdə yerləşdirilib. 

İstiqrazların yerləşdirilməsinin anderrayteri “ABB-İnvest İ.Ş” QSC olub.  

Chosen
25
fed.az

1Sources