Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat, 1 qumbara, 2 tüfəng, 6 patron darağı və 570 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.