EN

“Nissan”, “Honda” və “Mitsubishi” şirkətləri birləşmə üzərində işə başlayıblar

“Nissan”, “Honda” və “Mitsubishi” şirkətləri birləşmə üzərində işə başlamağa imkan verən anlaşma memorandumu imzalayıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə Yaponiyanın üç avtomobil istehsalçısının prezidenti birgə mətbuat konfransı zamanı bildiriblər.

Sənəd şirkətlərə öz biznes prosesləri haqqında məxfi məlumat mübadiləsi etməyə imkan verir. Bu, tərəflərin birləşmənin onlar üçün nə qədər faydalı olacağını qiymətləndirə bilməsi üçün lazımdır, “Honda” prezidenti Toşihiro Mibe izah edib. Onun sözlərinə görə, indi söhbət ilk növbədə “Nissan” və “Honda” şirkətlərinin birləşməsindən gedir və “Mitsubishi” sonradan onlara qoşula bilər.

Tərəflər 2025-ci ilin iyun ayına qədər birləşmənin şərtləri ilə bağlı yekun razılaşmanı imzalamağa ümid edirlər. Bunun hər üç istehsalçının nəzdində fəaliyyət göstərəcəyi holdinqin yaradılması ilə nəticələnəcəyi gözlənilir. Planlara görə, o, 2026-cı ilin avqust ayına qədər yaradılmalı və səhmləri Tokio Fond Birjasına çıxarılacaq.

Almaz Həsənli

Chosen
18
oxumeni.az

1Sources