Suriyanın yeni administrasiyası Milad bayramını qeyd edəcəkləri rəsmi günü açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Suriya Xəbər Agentliyi (SANA) məlumat verib.
Belə ki, xristianların Milad bayramına təsadüf edən 25-26 dekabr tarixləri rəsmi bayram olacaq.
Bu tarixlərdə dövlət qulluqçularına qeyri-iş günü olacaq.