EN

Tural Əhmədov: "TKTA tərəfindən peşə təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən peşə təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilib".
Oxu.Az xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, cari ildə TKTA tərəfindən peşə təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları hazırlanıb və təsdiq olunub:
"Bununla yanaşı, 4 peşə təhsil müəssisəsi (Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi) üzrə müvafiq komissiyalar təşkil edilib və institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları həyata keçirilib. Hazırda sözügedən peşə təhsil müəssisələri üzrə yekun hesabatlar müvafiq akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması nəzərdə tutulur".
Mərahim Nəsib
Chosen
20
50
oxu.az

10Sources