EN

Bakıda şagirdlərdən Yeni il şənliyi üçün pul yığılır?

Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə Yeni il şənliyini qeyd etmək üçün şagirdlərdən adambaşı 120 manat pul yığıldığına dair məlumat yayılıb.

Məktəbdən TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildirilib ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar valideynlərdən hər hansı bir vəsaitin toplanması ilə bağlı məktəb rəhbərliyi tərəfindən heç bir tapşırıq verilməyib.

Məktəbdən kənarda təşkil edilən tədbirlər valideynlərin öz təşəbbüsləri ilə həyata keçirilir və bu tip tədbirlərə müdaxilə edilmir.

 

Chosen
12
tehsil.biz

1Sources