EN

Qəzaya uğrayan təyyarədə 27 nəfər sağ qalıb - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Aktauda baş verən təyyarə qəzasından sonra sağ qalan 27 nəfər xəstəxanaya aparılıb.

Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən “RİA Novosti”yə bildirilib.

***

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Hafta.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.

"Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

"Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir", - deyə AZAL-dan bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.

Chosen
17
6
hafta.az

10Sources