EN

Paşinyan Ermənistan dövlətində sirr qoymadı: 3 prezidentə isə meydan oxudu - İRƏVANDA SÖZ DUELİ

“Danışıqların yalnız bir nəticəsi ola bilərdi – Dağlıq Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

O daha sonra qeyd edib:

“Beləliklə, 1994-cü ildən başlayaraq, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi aparıldı. Yəni danışıqların yalnız bir nəticəsi ola bilərdi: Dağlıq Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.
Biz bunu etmədik və danışıqlar prosesinin yuxarıda qeyd etdiyimiz dairəsini ilkin olaraq əvvəlcədən müəyyən edən beynəlxalq birlik müharibəyə ciddi şəkildə qarşı çıxmadı.

Bu reallıqdır, əziz insanlar.

Yaxşı, nə vaxt, niyə, necə etmədik, bunu edə bildik, ya etmədik, nə vaxt bacardıq və nə vaxt edə bilmədik - bu, tamamilə fərqli bir söhbət üçün mövzudur. Ciddi, dərin və əhatəli mövzudur ki, mən müxtəlif vəsilələrlə ictimaiyyətə danışmışam və hər dəfə də danışacağam.”

Paşinyan keçmiş prezidentlərə meydan oxudu

Paşinyan keçmiş prezidentlərə də açıq mesaj göndərərək onları debat meydanına çağırıb: “Üç keçmiş prezidentə gəlincə, indi onlara və ya onların nümayəndələrinə nə deməliyəm? Onların danışıb-danışmamasının, bəlli səbəblərə görə, heç bir dəyəri yoxdur. Hörmətli üç keçmiş prezident! Debat məsələsində fikrinizi dəyişsəniz, mənə deyin. Xudahafiz.”

Ermənistanın keçmiş prezidentləri nə deyib?

Ermənistanın üç keçmiş prezidenti – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan dekabrın 23-də birgə bəyanat yayaraq, Paşinyanı "Dağlıq Qarabağ"la bağlı həqiqətləri təhrif etməkdə ittiham etdilər.

Keçmiş prezidentlər bildiriblər ki, Paşinyan ATƏT-in Minsk Qrupu tərəfindən təklif olunan həll yollarını səhv təqdim edərək, məsuliyyəti öz üzərindən atmağa çalışır. Onlar Paşinyanı Ermənistanın milli maraqlarına zidd siyasət aparmaqda ittiham ediblər.

Levon Ter-Petrosyan Paşinyanı Qarabağın itirilməsinin əsas səbəbkarı adlandıraraq bildirib ki, bu günah onun ömrünün sonuna qədər üzərində qalacaq.

Robert Köçəryan və Serj Sarkisyan isə Paşinyanın 2020-ci il müharibəsinə gətirib çıxaran siyasətini tənqid ediblər və onun “Madrid prinsipləri”ni qəbul etməməsinin Ermənistan üçün fəlakətli nəticələr doğurduğunu vurğulayıblar.Musavat.com

Chosen
3
1
paytaxt.org

6Sources