EN

Qazaryan:"Paşinyanın məqsədi debat yox, eks prezidentləri COVİD19-a yoluxdurmaq imiş" 

Xəbər vermişdik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın sabiq prezidentləri Robert Koçaryana, Serj Sarkisyana və Levon Ter -Petrosyana çağırış edərək onlarla Qarabağla bağlı debat etmək istəyində olduğunu söyləmişdi. Tərəflər razı olsaydı bazarertəsi görüş baş tuta bilərdi. Lakin görüş olmadı, çünki "sabiqlər" baş nazirlə görüşmək istəmədi.

Daha sonra baş nazir Facebook səhifəsində yazdı ki, COVİD-19 -a yaxalanıb:" Bazar ertəsi, dekabrın 23-də COVİD-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım.

Bundan sonra həm də həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm" -deyə qeyd edib.
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri , politoloq Edqar Qazaryan məsələyə maraqlı şərh verib. Qazaryan mediaya bildirib ki, bilmirəm, ona kim yoluxdurub, o, yoldaşına, və şəriki olan bütün cahillərə yoluxdurub:

"Bəzən ciddi məqamlarda, yaxud danışıqlar zamanı özünü ruhi xəstə kimi göstərir, bəzən də COVID-dən əziyyət çəkir. O, yəqin ki, cahillər məktəbində onun üçün xüsusi hazırlanmış proqramlardan belə hiylələri öyrənib. İndi məlum olur ki, əslində bunun məqsədi üç prezidentlə mübahisə etmək deyil, onları COVID-ə yoluxdurmaq imiş".

 Qeyd edək ki, Ermənistan mediası baş nazirin artıq 3-cü dəfə COVİD19-a yaxalandığını yazır. O, ilk dəfə 1 İyun 2020, daha sonra isə  26 yanvar 2022-ci ildə bu epidemiyaya yoluxmuşdu.

 Əntiqə Rəşid

Chosen
8
28
adalet.az

10Sources