EN

Böyük Britaniyanın Azərbaycandakı səfiri Aktauda baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old QazaxıstanınAktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başsağlığıverib.

Trend xəbər verir ki, bubarədə o, “X” sosial şəbəkə səhifəsində yazıb.

“Qazaxıstanda "Azərbaycan Hava Yolları" təyyarəsinin qəzayauğraması xəbəri məni dərindən kədərləndirdi. Fikirlərim bu faciənəticəsində zərərçəkənlərlədir. Böyük Britaniya hökuməti Qazaxıstanhakimiyyəti ilə əlaqə saxlayır”, - deyə o, “X” səhifəsindəyazıb.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Chosen
4
1
az.trend.az

1Sources