EN

Lavrov Rusiyanın Ukrayna ilə mümkün danışıqlarda mövqeyini şərh edib

Rusiya Ukrayna ilə mümkün danışıqlarda milli maraqlardan çıxış edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O xatırladıb ki, həm Rusiya Xarici İşlər Nazirliyi, həm də prezident Vladimir Putin dəfələrlə bəyan ediblər ki, Rusiya Ukrayna ilə danışıqları rədd etmir.

Bununla belə, bizə ciddi konkret təkliflər gələndə görməliyik. Və təbii ki, milli maraqlar, xüsusi hərbi əməliyyatın məqsədləri və prezidentin bu il iyunun 14-də Xarici İşlər Nazirliyində çıxışı əsasında bu təkliflərə reaksiya ilə bağlı qərarlar qəbul edəcəyik”, - Lavrov deyib.

Lavrov vurğulayıb ki, indiyədək Kiyevdən belə bir təklif daxil olmayıb.

Chosen
7
50
operativmm.az

10Sources