EN

fars şovinistləri Səttarxan teatrına hücum edib

Təbrizdə 300 sənətçinin iştirakı ilə “Səttarxan” adlı nəhəng tamaşanın nümayişi xalq tərəfindən böyük rəğbətlə qarşılanarkən İranşəhri türk düşmənləri bu tamaşaya qarşı çıxıblar.

İranşəhrilər tamaşada göy və qırmızı rənglərdən istifadəni və Qarabağda da istifadə edilən vətən haqqında Azərbaycan musiqisinin səsləndirilməsini özlərinə təhqir hesab ediblər və hamını teatra etiraz etməyə çağırıblar.

Qeyd edək ki, "Səttarxan" adlı tamaşa 300 sənətçinin iştirakı ilə Təbrizin Xavaran teatrında səhnəyə qoyulub.

Bu tamaşanın ssenari müəllifi və rejissoru Yaqub Sədiqi Camalidir. O, Azərbaycanın və Təbrizin məşrutə mübarizəsini daim diqqət mərkəzində saxlamağa çalışır.

visiontv.az



Chosen
12
visiontv.az

1Sources