EN

Lüks brend BORK Azərbaycanda fəaliyyətə başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



20 ildən artıq tarixi olan beynəlxalq brend rahat həyat üçün eksklüziv əl işləri ilə hazırlanmış ev aksesuarları və premium məişət texnikası təklif edir.
Brend modellər dünyaşöhrətli dizaynerlər tərəfindən hazırlanaraq Koreya, Yaponiya, Çin, Almaniya, İtaliya, Fransa, İsveçrə və digər ölkələrdəki ən qabaqcıl müəssisələrdə istehsal olunur. Hər bir məhsul estetika və innovasiyanın mükəmməl birləşməsini özündə əks etdirərək ev kolleksiyasına unikal rahatlıq gətirir.
BORK-un kolleksiyası dünyanın müxtəlif ölkələrində 80-dən çox eksklüziv butikdə nümayiş olunur. Məhsul çeşidi 7 kateqoriyanı əhatə edir: "Mətbəx", "Ev", "Gözəllik" və "Sağlamlıq", "Açıq hava", "BORK Home", "BORK Voyage" və "BORK Interior".
BORK bu il Bakıda yeni brend butikini açaraq hər kəsə dəbdəbə və eksklüzivlik dünyası ilə tanış olma imkanı təqdim edir. Azərbaycan brendin qlobal miqyasda mövcud olduğu yeddinci ölkədir.
Butik Bakının mərkəzi prospektlərindən biri olan Rəşid Behbudov küçəsində yerləşir və lüks markalara ev sahibliyi edən binalarla əhatələnib. Butikin dizaynı Amerika qoz ağacı, təbii dəri və latun kimi xüsusi seçilmiş materiallar və zərif rəng palitrası ilə birləşdirilərək BORK-un vizual kodlarını əks etdirir.
Məkanın ümumi estetikası Azərbaycanın milli motivlərindən ilhamlanaraq Şərq tağlarını və barokko dövrünə aid relyefli tavanları birləşdirir, ölkənin zəngin irsini brendin hər zaman ümdə tutulan ənənələri ilə harmoniya şəklində təqdim edir.
Chosen
10
oxu.az

1Sources