EN

Cəlilabadda yeni doğulan əkiz körpələr öldü - FOTO



Cəlilabadda yeni doğulan əkiz uşaqlar dünyasının dəyişib.

Bakupost.az xəbər verir ki, rayonun Kazımabad kənd sakini olan qadın vaxtından əvvəl doğuş başladığı üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasının doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

Biri qız, digəri oğlan olmaqla əkiz körpələr dünyaya gələndən sonra onların halı pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, əkizlərin həyatını xilas etmə mümkün olmayıb.



Körpələrin ölüm faktı ilə bağlı xəstəxanadan bildiriblər ki, 22.12.2024-cü il tarixində saat 23:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub:

"Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb. Saat 00:00 radələrində çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10 radələrində isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal az çəkili dərin yetişməzliklə) doğulub. Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23.12.2024-cü il tarixində ölüm faktı qeydə alınıb".



Faktla bağlı araşdırma aparılır.

Zaur, BakuPost

Chosen
9
4
bakupost.az

10Sources