Azərbaycan Gimnastika Federasiyasının (AGF) ilin yekununa həsr olunmuş mətbuat konfransı təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə AGF-in mətbuat xidməti məlumatı yayıb.
Tədbirin təxirə salınmasına bu gün baş vermiş təyyarə qəzası səbəb olub. Təxirə salınan toplantının vaxtı hələ dəqiqləşməyib.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Fərid Qayıbov: "Azərbaycanda bunu bacaran digər idmançı tanımıram"
İlin ən yaxşı hakimi bəlli olub
“Turan Tovuz” Antalyada təlim-məşq toplanışı keçirəcək
"Sabah"ın qış hazırlıq planı bəlli oldu