Moskva Ukrayna məsələsi ilə bağlı danışıqlardan çəkinmir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz ciddi, konkret təkliflər görməliyik", - o bildirib.
Lavrov qeyd edib ki, ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi fonunda Rusiyanın Ukrayna böhranının asan həlli ilə bağlı “heç bir illüziyası yoxdur”.
Rusiyalı nazirin fikrincə, böhran yalnız Avropada etibarlı təhlükəsizlik və sabitlik haqqında saziş kontekstində həll edilə bilər. Və bu saziş Rusiyanın maraqlarını və “digər ölkələrin qanuni maraqlarını” nəzərə almalıdır.