EN

Türkiyə Dəməşqdə səfirlik, Hələbdə konsulluq açır

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan tezliklə Türkiyənin Hələbdə konsulluq açacağını və Ankaranın Suriyanın yeni hakimiyyətini bütün sahələrdə dəstəklədiyini bəyan edib. 

Ərdoğan AKP-nin (Ədalət və İnkişaf Partiyası) parlament fraksiyasının iclasında deyib: "Biz Dəməşqdəki səfirliyimizin işini bərpa edirik və Hələbdəki konsulluğumuzu yenidən açırıq. Biz görürürk ki, Suriyanın yeni administrasiyasının lideri prosesə çox yaxşı rəhbərlik edir. Onun konstruktivliyini və mötədilliyini yüksək qiyməyləndiririk. Biz Suriyanı ehtiyacı olan bütün sahələrdə dəstəkləyəcəyik: energetikadan təhsilə və səhiyyəyə, təhlükəsizlikdən səhiyyəyə qədər. Suriyanın dirçəlişi, potensialını qüvvətləndirməsi və dövlət institutlarının yenidən öz əsas vəzifələrini yerinə yetirə bilməsi üçün yeni hakimiyyətə kömək edəcəyik".

Hürr Tərcüman

 

Chosen
22
hurriyyet.az

1Sources