EN

Paşinyan niyə Moskvaya getmədi? – Peskovdan iynələyici SÖZLƏR

Bir dəfə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onunla daim zarafat edir: “Bunu həmişə edir”, – deyə o, “RIA Novosti”yə açıqlama verib. Peskov bu zarafatların necə olduğunu tam açıqlamayıb və yalnız “insan kimi” deyə qısa cavab verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrinin məqaləsində qeyd olunub.

Qəzet əlavə edib ki, bu ifadəni oxuyanda dərhal yada düşür ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının ali şurasının iclasından əvvəl məktəbdəki tənbəl şagird kimi bəhanə gətirərək deyib ki, “gələ bilmirəm, çünki koronavirusa yoluxmuşam”.

“Putin, əlbəttə, Nikol Paşinyana deməyəcək ki, “ay oğul, Rusiyaya gələndə niyə koronavirus tutursan?” Amma Putinin və Peskovun bu vəziyyətdə zarafatla söhbət etdiyinə və yaxşıca güldüklərinə heç şübhə yoxdur. Peskovun ciddiliyindən bunu anlamaq olur:

“Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ümid edir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan dekabrın 26-da videobağlantı vasitəsilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak edəcək”. “Ümid edir” ifadəsinə diqqət yetirin. Ümid ediləndə, adətən, xəstə ağır vəziyyətdə olur və sağalacağına ümid bəslənilir. Burada da ümid edilir ki, Paşinyan videobağlantı vasitəsilə danışa biləcək.

Putin bilmirmi ki, Nikol Paşinyan “koronaviruslu” olduğu halda necə üç Ermənistan prezidentini Qarabağla bağlı müzakirəyə dəvət edib? O, “TikTok” və “Facebook” paylaşımlarından Paşinyanın “xəstəlik” vəziyyətinə tanış deyilmi?”

Chosen
12
yenicag.az

1Sources