EN

Mikayıl Cabbarovdan qəza ilə bağlı PAYLAŞIM

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Demokrat.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib:

"Qəza nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik.

Allah rəhmət eləsin!"
 
Chosen
8
2
demokrat.az

3Sources