Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyanın sağlamlıq ehtiyaclarını qarşılamaq üçün 56,4 milyon dollarlıq təcili yardım kampaniyası başlatdı.
"Cebheinfo.az" xəbər verir ki, qeyd olunub ki, ÜST-ün kampaniyası humanitar böhranın həlli yollarını tapmaq və bərpa üçün zəmin yaratmaq məqsədi daşıyır.
“ÜST illərlə davam edən qarşıdurmalardan zərər çəkmiş suriyalıların təcili sağlamlıq ehtiyaclarını ödəmək üçün 56,4 milyon dollar dəyərində təcili yardım kampaniyasına başlayıb”, - deyə ÜST-dən verilən açıqlamada bildirilir.
ÜST Qaziantepdəki mərkəzindən tibbi ləvazimatlar və digər xidmətlər üçün istifadə etməyə davam edəcək.