EN

AƏSMA əməkdaşları “Keyfiyyətli təhsil - müasir çağırışlar” tədbirdə - FOTOLAR

2024-cü il dekabrın 24-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə ali təhsil müəssisələrinin keyfiyyət təminatı sahəsində çalışan əməkdaşlar üçün “Keyfiyyətli təhsil - müasir çağırışlar” mövzusunda forum keçirilib.

"Unikal" xəbər verir ki, forum, ali təhsil müəssisələrinin keyfiyyət təminatı sahəsində çalışan mütəxəssislərini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və müasir yanaşmaları müzakirə etmək üçün platforma rolunu oynayıb. 

Forum plenar iclasla açıldı və tədbirin əhəmiyyəti, eləcə də keyfiyyətli təhsilin müasir dövrdə qarşıya qoyduğu çağırışlar haqqında çıxışlar edildi. Plenar iclasdan sonra paralel sessiyalar təşkil olundu. Bu sessiyalarda iki əsas mövzu- "Məlumat-əsaslı qərarvermə yolu ilə ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşması", "Tələbəyönümlü yanaşma və effektiv təlim nəticələri " üzrə təqdimatlar keçirilib. 

Forumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını “Tədris və keyfiyyətin təminatı” şöbəsinin müdiri Pərvin Məmmədova, Tədrisin keyfiyyətinə nəzarət komissiyasının sədri Səadət Quliyeva və komissiyanın üzvü Adgözəlov Daşqın təmsil etdilər.

Akademiyanın nümayəndələri ali təhsildə keyfiyyət təminatının yüksəldilməsi sahəsində öz təcrübələrini bölüşdülər və təqdim olunan mövzularda müzakirələrdə fəal iştirak etdilər. Xüsusilə, ali təhsil müəssisələrində tələbəyönümlü yanaşmanın inkişaf etdirilməsi, təlim nəticələrinin səmərəliliyinin artırılması və məlumatların əsas götürülməsi ilə daha təsirli qərarvermə modellərinin tətbiqi barədə fikir mübadiləsi aparıldı. Tədbir iştirakçıları həmçinin müasir təhsil standartlarına uyğunlaşdırılmış keyfiyyət mədəniyyətinin təşviqi üzrə innovativ yanaşmaları öyrənmək imkanı əldə etdilər.

Forum, ali təhsilin inkişafı sahəsində strateji əməkdaşlıqların qurulması və gələcək üçün praktik həllərin müəyyənləşdirilməsi baxımından önəmli bir addım oldu.

Chosen
18
unikal.az

1Sources