EN

12 Aİ ölkəsində Ukraynaya görə doğum səviyyəsi kəskin düşüb

12 Avropa İttifaqı ölkəsində Ukraynadakı münaqişə səbəbindən çox aşağı doğum səviyyəsi müşahidə olunur.

HİT.az bu barədə "Financial Times"a istinadən xəbər verir.

Analoji problemin Almaniyada da müşahidə olunduğu qeyd edilir:

"2023-cü ildə Almaniyada doğuş nisbəti bir qadına düşən 1,35 uşağa düşüb, bu da BMT-nin “ultra aşağı” həddi olan 1,4 səviyyəsindən aşağı olub".

Məqalə müəllifləri vurğulayırlar ki, Estoniya və Avstriya, eləcə də İspaniya, Yunanıstan və İtaliyanın göstəriciləri müəyyən edilmiş həddən aşağı düşüb. Avropalılar inflyasiya, işlərini itirmək qorxusu və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı narahatlıq səbəbindən uşaq sahibi olmaqdan imtina edirlər.

Samir

Chosen
11
3
hit.az

10Sources