EN

Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis - VAKANSİYA

"ExpressBank" ASC, Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Əhmədli, Yasamal, Neftçilər, Qaradağ filialları) vəzifələri üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Kredit bazarını təhlil edir  və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
  • Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
  • Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
  • Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa  təqdim edir;
  • Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.

Tələblər:

  • Ali təhsil;
  • Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  
 

Zemfira Ms
Fins.az

Chosen
14
4
fins.az

10Sources