“Old Trafford”da növbəti problem yaranıb.
“Mançester Yunayted”in ev oyunlarını keçirdiyi stadion gəmiricilərin hücumuna məruz qalıb. “Daily Mail” qəzetinin yazdığına görə, bir ay əvvəl nəhəng arenada keçirilən matçda tribunadakı oturacağın altından ölü siçovul tapılıb. Daha sonra sanitariya müfəttişləri arenanın qida köşklərində siçovul izləri aşkar ediblər. “Old Trafford”da gigiyenik yoxlama aparılıb və arena yalnız 2 ulduz alıb. Klub artıq zərərvericilərlə mübarizə aparmaq üçün lazımi işlərə başlayıb.
Qeyd edək ki, bu hal “Old Trafford”da ilk dəfə yaşanmır. Stadion 2015-ci ildə də gəmiricilərin basqınına məruz qalmışdı.