EN

Bağırsaqları xərçəng yaradan toksinlərdən-təmizləyən meyvə


Bağırsaq xərçənginin bir səbəbi də toksinlərdir.

Qəbizlik toksinlərin bağırsaq divarına və qana keçməsini artırır.

“Medicina” xəbər verir ki, alimlərbağırsağı toksinlərdən təmizləyən effektiv sadə məhsulu açıqlayıb.

Əgər bağırsaqlar aktiv işləmirsə zərərli maddələr qan dövranına düşür, selikli qişada toplanır və gələcəkdə xərçəngə səbəb olur.

Bağırsağı xərçəng törədən maddələri təmizləmək üçün qara gavalı yemək lazımdır.
Eksperlər bildirir ki, məhz gavalı qida qalıqlarının, nəcisin bağırsaq boyu hərəkətini təmin edir və sorbit kimi təsir edir.

Gavalıda olan fenol birləşmələr antioksidant təsir edib, sərbəst radikalları zərərsizləşdirir. ELəcə də qara gavalı bağırsaq mikroflorasını stimulə edib, yoğun bağırsaq xərçəngi riskini azaldır.

Digər ikinci sadə meyvə almadır. Yaşıl almanı həm çiy, həm də sobada bişmiş şəkildə yemək olar.

Bağırsaqda durğunluq prosesini azaldır.

Digər meyvə armuddur, liflə zəngindir, həm ürək-damar, həm şəkər xəstələrinə faydalıdır.

Aygün Musayeva

Chosen
18
3
medicina.az

4Sources