EN

Qəzaya uğrayan təyyarə haqqında nə bilirik?

Bu gün Bakı-Qroznı reysini həyata keçirən zaman Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer 190" haqqında məlumatları təqdim edirik.

Ölkə.Az xəbər verir ki, "Embraer 190" 2000-ci illərin əvvəllərində Braziliyanın eyniadlı təyyarə istehsalçısı tərəfindən hazırlanmış "Embraer" təyyarələri ailəsinə aiddir. Təyyarə 3000-4000 km məsafədə 100-ə yaxın sərnişini daşımağa imkan verən xüsusiyyətlərə malikdir.

"Embraer 190" in sərnişin təyyarəsidir və ilk uçuşunu 2004-cü ildə həyata keçirib. 2006-cı ildən isə ​istehsalı və istismarı başlayıb.

"Embraer 190"in əsas versiya ilə yanaşı, uçuş məsafəsi artırılmış "Embraer 190LR" versiyası da istehsal olunur. Təyyarənin uzadılmış versiyası "Embraer 195"dir.

"Embraer 190" təyyarəsinin əsas xüsusiyyətləri isə aşağıdakılardır: 

"E-190" və "E-190LR"in uzunluğu 36.2 metr, qanad genişliyi 28.7 metr, hündürlüyü 10.6 metrdir.

Təyyarənin çəkisinə gəldikdə maksimum uçuş çəkisi 47 800 və ya 50 300 kq, maksimum eniş çəkisi 43.000 kq, boş çəkisi 28 080 kq, maksimum yanacaqsız çəkisi 40 800 kq, maksimum kommersiya yükü 12 700 kq-dır.

Sərnişin kabinəsində oturacaqların sayı (ekonom salonda) 98-106, biznes salonda isə 94-100-dür.

"Aviation Safety Network" saytı isə indiyədək "Embraer" ailəsinə aid olan təyyarələrin qəza sayını da təqdim edib.

"Embraer" təyyarəsinin 2007-ci ildən etibarən indiyədək 12 qəzası qeydə alınıb.

Bu qəzalar ABŞ, Çin, Kolumbiya, Ekvador, Mozambik, Meksika, Qazaxıstan, Myanma, Serbiya və sonuncu olaraq Azərbaycan bayrağı altında uçan zaman baş verib. Sonuncu qəzanın səbəbi ilkin versiyaya görə quş sürüsü ilə toqquşma nəticəsində idarəetmənin nasazlığı olub.

Onu da qeyd edək ki, 2024-cü ildə "Embraer 190"nın ikinci qəzasıdır. Bundan öncə 18.02.2024-cü ildə Serbiya bayrağı altında uçan "Embraer 190" təyyarəsi Belqrada hava limanında uçuş zamanı uçuş-enmə zolağından yuvarlanıb.Təyyarənin sol tərəfinə böyük ziyan dəyib.

Mürtəza
Ölkə.Az
Mürtəza
Ölkə.Az

Chosen
30
olke.az

1Sources