EN

Bayden vida zərbəsi hazırlayır – Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ Prezidenti Co Bayden prezidentliyinin son həftələrində Rusiyanın enerji sektoruna yeni sanksiyalar tətbiq etməyi düşünür”.

News24.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə dörd mənbəyə istinadən “Washington Post” qəzeti yazıb.

Nəşr mümkün sanksiyaları “Baydenin Putinin döyüş sinəsinə vida zərbəsi” adlandırıb.

Mənbələrin sözlərinə görə, yeni tədbirlər Rusiyanın kölgə donanması adlanan hissəsinə - sanksiyalardan yan keçməklə Rusiya neftini daşıyan beynəlxalq gəmilərə qarşı yönələ bilər. Bundan əlavə, məhdudiyyətlər əvvəllər sanksiyalara məruz qalmayan Rusiya neftinin ixracatçılarına şamil edilə bilər. Həmçinin, “WP”nin həmsöhbətlərinin sözlərinə görə, banklara Rusiyanın enerji resursları üçün ödənişləri emal etməyə imkan verən lisenziyaların ləğvi imkanları nəzərdən keçirilir.

Mənbələr qeyd ediblər ki, sanksiyaların tətbiqi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putinə daha çox təsir “rıçaq”ları verəcək. ABŞ-nin yüksək rütbəli rəsmisi bildirib ki, bu tədbirlər Ukraynanı özünü müdafiə etmək və ədalətli şərtlərlə sülh danışıqları aparmaq üçün mümkün olan ən yaxşı mövqeyə qoyacaq.


Chosen
1
1
news24.az

2Sources