EN

Lüksemburq monarxı taxtdan oğlunun xeyrinə əl çəkəcək

Lüksemburqun Böyük Hersoqu Anri 2025-ci ilin oktyabr ayında taxtdan əl çəkəcəyini və tacını oğlu, vəliəhd hersoq Gioma verəcəyini elan edib.  

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər ⁦verir ki, bu barədə Anri 24 dekabrda Milad münasibətilə etdiyi çıxışı zamanı bildirib. 

Lüksemburq monarxı xalqa müraciəti zamanı "dövlət başçısı olaraq sonuncu dəfə Milad çıxışı etdiyini" deyib.  

"Bu gün Böyük Hersoginya ilə birlikdə sizə elan etməkdən məmnunluq duyuruq ki, şahzadə Giom və şahzadə Stefani bizim varislərimiz olacaq və bu, 3 oktyabr 2025-ci ildə baş verəcək", – deyə Anri vurğulayıb.  

Onun sözlərinə görə, artıq növbəti nəslin "daha sülhsevər və sabit olacağına ümid edilən dünya üçün məsuliyyəti üzərinə götürmə" vaxtı yetişib.  

69 yaşlı Anri mərhum Böyük Hersoq Janın və Belçika şahzadəsi Jozefina-Şarlottanın böyük oğludur. O, 2000-ci ilin oktyabr ayında Lüksemburqun rəhbəri olub.  

Anrinin taxtdan əl çəkməsi üçün hazırlıqlar hələ iyun ayında, Lüksemburqun milli bayramı zamanı Gioma nümayəndə statusunun təqdim edilməsi ilə başlanmışdı.  

43 yaşlı Giom, Anri və Şarlottanın böyük oğludur. O, 2012-ci ilin oktyabr ayında belçikalı qrafın qızı şahzadə Stefani de Lannuaya ilə evlənib. Cütlüyün iki oğlu var.  

Xatırladaq ki, 2023-cü ilin sonunda Danimarka kraliçası Marqrete II səhhətinə görə taxtdan əl çəkərək tacını oğlu Frederikə təhvil vermişdi.  

Chosen
21
3
olke.az

4Sources