Bakı. Trend:
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətininBakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsininQazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsindəçoxsaylı insan həlak olub və yaralanıb. Prezident İlham Əliyevinmüvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsiniyad etmək məqsədilə 2024-cü il dekabrın 26-da AzərbaycanRespublikasında matəm elan edilib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, matəmlə əlaqədarAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəkiteatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulanbütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.
Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlakolanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərinhüznlə başsağlığı verir. Allah xəsarət alanlara şəfa versin.