Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.Metbuat.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli Prezident, Əziz Qardaşım,Bu gün səhər Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığını, qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu böyük kədər hissi ilə öyrəndim.Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir diləyirəm. Uca Allahdan həyatını itirənlərə rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha bildirirəm".