EN

“Hər şey yaxşı olacaq” deyən stüardessa sağdır? - Qardaşından AÇIQLAMA

“Qəzadan dəqiqələr öncə sərnişinlərə “hər şey yaxşı olacaq” deyən stüardessa Hökümə Əliyevanın adına sağ qalanlar siyahısında rast gəlinməyib.

Ucnoqta.az xəbər verir ki, sosial şəbəkədə Hökümə Əliyevanın paylaşılan fotosunun altına xalası qızı olduğunu yazan şəxs onun vəfat etdiyini qeyd edib.

Ə.Hökümənin qardaşı Coşqun Nəsibli “Unikal.az”a bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan analiz götürülüb:

“Prokurorluqdan gəlirəm, məndən DNT analizi götürdülər. Yəqin vəziyyət pisdir, hələ müəyyən edə bilməyiblər”.

Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib.  

Chosen
5594
1
ucnoqta.az

2Sources